Əlimərdan bəy Topçubaşının məzarı başında nitq

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əlimərdan bəy Topçubaşının məzarı başında nitq (1934)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
İlk dəfə Berlində "Qurtuluş" jurnalında 1934-cü ildə nəşr olunmuşdur.

Xanımlar, bəylər!

Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.

Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyyətinin sayğılı başçısını msafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq.

Parlemonta rəisi, Nümayəndə Heyyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanlar zikretməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir.

Yetmiş beşi haqlayan yaşını, heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!...

Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaçi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır.

Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əlimərdan bəy meydana çıxmışdı.

... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilinixatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər. Eyni zamanda şübhə etmirəm ki, birləşik müstəqil Qafqasya da öz hürriyət baratında (fərmanında) imzası olan sayğılı mücahidini unutsun! ...

Budur sənə söyləyəcəyim son söz! ...
Sənə bizlərdən minlərlə rəhmət ! ...
Sənə bizlərdən minlərlə hörmət!! ...