Əlindən (Ağ Aşıq Allahverdi)

Vikimənbə saytından
Əlindən (Ağ Aşıq Allahverdi)
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Vətənimdən cida düşdüm,
Bəy əlindən, xan əlindən.
Heç birində insaf yoxdur,
Onların aman əlindən.

Rəiyyət qərq olur qəmə,
Dərdimizi deyək kimə.
Zəhrimardı, alıb yemə
Kəndxudanın nan əlindən.

Allahverdi dostu yoxlar,
Öz dərdini canda saxlar,
Köksünə tuşlandı oxlar,
Dilbilməz nadan əlindən.