Əlindən (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əlindən
Müəllif: Aşıq Hüseyn Bozalqanlı

Nə qanır, nə qandırır,
Dad-aman nadan əlindən.
Qoymur ara düzəltməyə,
Xuliqan şeytan əlindən.

Namərd öldürər acından,
Doymaz dünya xəracından,
Ələkbər tamah ucundan,
Döşədi astan əlindən.

Hüseyn oldu işdən halı,
Çox çəkildi qeylü-qalı,
İki aylıq materialı,
Verdilər pünhan əlindən.