Məzmuna keç

Əlkidə al alma, imas kim, ata tutar

Vikimənbə saytından
Əlkidə al alma, imas kim, ata tutar
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.67.

Əlkidə al alma, imas kim, ata tutar,
Al ilə aldı könlümi ol şuxi-gül'uzar.
Cami-nişat tutsa bir o şah bəzmidə,
Tan yok əgər ki, qəm sipəhin qılsa tarü mar.
Yüz min nişat birlə quvan, ey könül, sana,
Həm yardür müyəssərü həm busü həm kənar.
Ol tərki-məst eylədikdin öpər qədəhi-şərab,
Tüşsə əlinə, can əvəzin verməgə nə bar.
Səngi-həvadisi-qəm ilə yıkılır könül,
Saqi şərabi-sağəridin qılmasa hisar.
Abbas şah bəzmidə yeksan içər qədəh,
Çingiz birlə Sadiqi rindi-meykusar.
Bolsun bu şahi-cahangirə dəmbədəm,
Dövlət mütivü bəxt rəfiqü zəmanə yar.