Əlvida (Quloğlu)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Əlvida (Quloğlu) Müəllif: Quloğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sultan Murad eydir: indi zəmanə
Mənə də qalmadı, bəylər, əlvida.
Büküldü qamətim, döndü kamanə
Gəzib seyr etdiyim ellər, əlvida.
Ardımca süzülü gələn mələklər,
Tərsinə dövr etdi çərxi-fələklər,
Yeniçəri, Sipahilər, Solaklar
Onürncə yüriiyən qullar, əlvida.
Qəzaya getməyə bəylər düzülsün
Qullanmın esamisi yazılsın.
Tabutum düzülsün, qəbrim qazılsın
Varıb seyr etdiyim çöllər, əlvida.
Əcəlim yetişdi, ulduzum endi,
Dostlanm ağladı, düşmanım güldü.
Yapılan qədirqam dəryada qaldı
Bu Maltaya gedən yollar, əlvida.
Quloğlu, dostların üzü ağ olsun
Düşmən olanlann bağn dağ olsun.
Sultan İbrahim xan indi sağ olsun
Hərbən fəth etdiyim ellər, əlvida.