Məzmuna keç

Əmir Teymur və şair Kirmani

Vikimənbə saytından
Rəvayətlər. Əmir Teymur və şair Kirmani
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir dəfə Teymur öz sarayında şair və filosofları yığıb onlarla söhbət edirmiş. Məclisdə Teymurun sevimli şairi Kirmani də varmış. Necə olursa, söhbət insan şəxsiyyətini qiymətləndirməkdən düşür. Əmir Teymur Kirmaniyə xitabən soruşur:

- Əgər mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?

- 25 quruşa! - deyə şair cavab verdi.

- Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.

- Zatən mən də elə onu nəzərdə tuturam, - deyə şair Kirmani cavab verir.

Sonralar "Teymurnamə" əsərini yazmış şairin bu zarafatına Teymur ürəkdən gülmüşdü.

Mənbə

[redaktə]
  • Tarixi rəvayətlər. Bakı,2014, səh.94-95.