Məzmuna keç

Əmoğlu

Vikimənbə saytından
Əmoğlu
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

(Sabirə nəzirə)
Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
Elmi, hünəri, sənəti neylərsən, əmoğlu?
Ölç kölgəni gündüz, gecə bax ulduza, ayə,
Kafər qayıran səati neylərsən, əmoğlu?
Bozbaş dediyin başə bəla, cane xətərdir,
Yat, dur səhər olsun, əti neylərsən, əmoğlu?
Üryan gələcək məhşərə məxluq təmamən,
Alma nisiyə, xələti neylərsən, əmoğlu?
Biqeyrət edər ağlamaq insanı, deyerlər,
Xərc eylə gedə, qeyrəti neylərsən, əmoğlu?
Bağla belüvə qeyrəti, namusu, həyanı;
Sat qəddərəni, Hacəti neylərsən, əmoğlu?
Arxa yaralı, baş xoralı, sinə cərahet,
Bu zəhmət ilə cənnəti neylərsən emoğlu?
Sən rum qızını bəsle Bəyoğlunda2, damş gül!
İrandakı ac külfəti neylərsən, əmoğlu?
Huri verecəklər sənə: xərmən kimi zülfü,
Bir kəlləsi daz övıəti neylərsən, emoğlu?
Vaiz ki, satıbdır sənə cənnati-nəimi,
Şahiddi xuda, Höccəti neylərsən, əmoğlu?
Saqqalı uzun, kəlləsi küt, fikri dansqal.
Sən surətə bax, sirəti neylərsən, əmoğlu?
Möcüz danışar bal kimi, aç ağzuvi, dinlə,
Qəndi, rətəbi, şərbəti neylərsən, əmoğlu?