Ənbərin buyu əgər dolmuş o geysulərdə
Jump to navigation
Jump to search
Ənbərin buyu əgər dolmuş o geysulərdə Müəllif: Fatma xanım Kəminə |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Ənbərin buyu əgər dolmuş o geysulərdə,
Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Gər deyəm muşk, o, ahuyi-Xutəndə tapılur,
Etmişəm bəlkə xəta, yox o iy ahulərdə.
Tərbiyə etmiş onu, bəlkə, mələk, ya ki, pəri,
Var güman: gozdə olur cunki o cadulər də.
Zülfi-müşkinin alıb dövri-ruxun halə sifət,
Belə bir halət olur cümlə o məhrulərdə.
Bənd olub zulfə dəxi qaşu goz ilə xalə,
Bilməzəm ondadımı könlü və ya bulərdə?!
Gözümü kəsmənəm ol gözdən oluncə, bəlkə,
Dili-gumgəştəni cün tapdım o yarğulərdə.
Bivəfadə nə məhəbbət, nə dəyanət, nə vəfa?!
Ey Kəminə, tapılur bəlkə də dilculərdə.