Məzmuna keç

Ənizə ərəblər və hacılar

Vikimənbə saytından
Ənizə ərəblər və hacılar
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.


Mən uşaqlıqda her hansı hacı və kərbəlayı ki, zİyarətdən qayıdardı və onun görüşünə gedərdim, eşidərdim deyir ki, “fılan yerdə belə ənizeye rast geldik və fılan mənzildə cəmalımız biz ilə belə rəftar etdi, züwara məsləhət gördüler ki, “Süleymanİyyə yolu ilə gedək yavuq olsun” . Çavuşumuz dedi: “Xeyr, orda onizə var. Bicar yolu yaxşıdır ki, qorxusuzdur” . Biz Bİcar yolu getdik, sonra eşitdik ki, Kabla Hosənqulugil Süleymaniyyə yolu gedib ənizeyə rast gəliblər”.

Mən bu sözləri eşidəndə həmişə təəccüb edirdim ki, görəsən bu ənizə, ənizə nə deməli sÖzdür. Bu çay adıdır, yer adıdır, ya heyvanat qismindəndir? Sonralarda qandım ki, xeyr, ənizə deyilən, çöllərdə boyümüş bir eins ərəblərdəndir ki, İşləri-peşəlori gəlib-gedən züvvarı güdmək və onlara artıq dərəcədə məhəbbot və ehtiram etməkdir. Mesələn, çox vaxt rast gəldikləri züwar dəstələrinin şeylorini bütün əllərindən alıb apararlar ki, ağanm züvvarma yolda ağırlıq edib əziyyətə və zəhmətə salmasın. Və bəzi vədə ki, bir para züwar anlamayıb bunların bu mehribançtiığmı qəbul etmez, onlar ilə ərəbi deva edərlər, yənİ əllərİndə olan böyük toppuz ilə elə vurarlar ki, züwarın başı darmadağın dağıltb fövri feyzi-şəhadeti dərk eder.

Sözümə şahid, bu il Məkkeyi-mükərrəməyə müşərrəf olan hüccacın qayıdış başı bir böyük destəsi bu müsafır sevən bədəvi ərəb qardaşlara rast gelibdir. Onlar hacıların həcc yolunda çəkdikləri oziyyəti və qazandıqları feyzi və səadəti nəzərdə tutub razı olmuyublar ki, bunlar bele günahdan silkinə-silkinə gedib vətənlərində genə günahə batıb a x ırd a biıman dünyadan getsinlər.

Deyİblər gərək siz şehadət feyzini dəxi dərk edib, necə ki, pak və müqəddəs beytülhəramdan çıxmısmız və habelə birbaş cənnətiəlayə rəvanə olsanız ki, pak etəklariniz bu dünyanm günahlarının çirkinə batmasm və həqiqetde de onlan bu seadətə nail ediblər.

Həzrət buyurur ki, günah öldürəndə deyil, öləndədir, yəni orəb- Iərin hacılar və kablayılara bu nov rəftarları ikİ şiqqidən xali deyil. Birisi budur, deyirlər ki, siz öz veteninizdə min zəhmətle qazandığınız paraları niyə ac və möhtac külfetinizə və qövmü-əqrebanıza vermeyib gotirib Ərəbistan çöllərində serf edirsmiz? Və ikinci, deyirlər, indi ki siz axirətə mayilsİniz və dünya iie işiniz yoxdur, qoyun biryolluq “elehsani-bittamam” olsun və bu dünyanın məşəqqətİndən xilas olub həmişəlik behiştdə istirahətlə məşğul olun! Buna kimin nə sözü ola bilər? Yaşasm əmr bəməruf, nəhy əzmünkər edən bədovi enizə qardaşlar və sağ olsun Osmanh dövlətİ ki, məmləkətinin hər guşəsinde amin-aman hökmfənna olub qurd qoyun ilə otlayır...

  • “Molla Nəsrəddin", 5 fevral 1914, N 4