Ənvəriyyə
Görünüş
Ənvəriyyə (1918) Müəllif: Salman Mümtaz |
Mənbə: Tahirzadə Ə. Salman Mümtaz (Tərcümeyi-hal oçerki). — Bakı: Kür, 2002. — s. 5. |
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,
Dağıtdın xavəri-islamdən küffar kabusun.
Məsaciddən dilərdi rus asa öz nəhs naqusun,
Gəbərdib, torpağə sərdin həyasız niyyətin rusun[1].
Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Şərhlər
[redaktə]- ↑ Rus məscidlər(imiz)dən öz nəhs (kilsə) zəngini asmağı dilərdi.