Məzmuna keç

Əqlüm başuma gəlmədi eşq şərabın tatmayınca

Vikimənbə saytından
Əqlüm başuma gəlmədi eşq şərabın tatmayınca
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Əqlüm başuma gəlmədi eşq şərabın tatmayınca,
Qandalığum biIİmədüm gerçək ərə yetməyincə.

Kəndi bİlişiylə kişi hiç irişə mi mənzilə?!
Allaha irəməz qalur er ətəgin tutmayınca.

Var din, iman gərək isə, dirlik diril bu dünyede,
Yarrn anda bitməz işün bu gün bunda bitməyincə.

Çün bülbüldür aşiq gülə, nəzər Həqdən olur qula,
Bir kələci gəlməz dilə könüllərdə yanmayınca.

Könlümdəki bu razumı sağınmaz derdüm sözümi,
Aşiq nə qatlanur sözə eşq məta’ın satmayınca.

Biçarə Yunusun sözin key aşiq gərək anlaya,
O quş dilidür, neyləsün, ögütləməz ötməyincə.