Məzmuna keç

Əqlün irərsə sor bana, bən əvvəldə qanda idüm

Vikimənbə saytından
Əqlün irərsə sor bana, bən əvvəldə qanda idüm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Əqlün irərsə sor bana, bən əvvəldə qanda idüm,
Dilər isən deyü verəm, əzəli vətəndə idüm.

“Qalü bəla” söylənmədin, tərtib düzən eylənmədin,
Həqdən ayru degül idüm, ol ulu divanda idüm.

Əyyub ile dərdə əsir, anlamadum çəkdüm cəza,
Bilqeys ilə təxt üzərə möhri-Süleymanda idüm.

Yunus ilə balıq bəni çekdi dəmə yutdı bilə,
Zəkəryəylə qaçdum bilə, Nuh ilə tufanda idüm.

İsmayıla çaldum bıçaq, bıçaq ana kar etmədi,
Həqq bəni azad eylədi, qoç ilə qurbanda idüm.

Yusif ile bən quyıda yatdum, cəfa çekdüm bilə,
Yə’qub ilə çoq ağladum, bulınca əfğanda idüm.

Me’rac gecəsi Əhmədün döndürdüm ərşdə ne’lini,
Üveys ilə urdum tacı, Mənsurla orğanda idüm.

Əliyilə urdum qılıc, Ömər ilə ədi eylədüm,
On səkiz yıl Qaf tağında Həmzəylə meydanda idüm.

Əzəlidən dilümdə uş - Tənqri birdür, həqdür Rəsul,
Bum böylə bilür ikən sanma ki, gümanda idüm.

Yerə bünyad urılmadm, Adəm dünyayə gəlmədin,
öküz balıq eylənmədin bən əzəli anda idüm,

Yunus, sənün aşiq canun əzəli aşiqlər ilə,
Mülkə bünyad urulmadm seyranü cövlanda idüm.