Məzmuna keç

Ərərdir

Vikimənbə saytından
Ərərdir
Müəllif: Məlikballı Qurban
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Bir gözəl sevmişəm günəş camallı,
Gərdəni minadır, qəddi ərərdir.
Gözləri cəlladdır, kirpik xunfəşan,
Cümlə gözəllərə o bir sərvərdir.

Qolları şimşaddır, əlindən nazik,
Dəhanı şəkərdir, dilindən nazik,
Zülfü yasəməndir, telindən nazik,
Xətti bir bənövşə müşkü ənbərdir.

Vaizin kəlamı göstərir camı,
Mütrübün məqamı ləzizdir hamı,
Titrəyir tamamən mərmər əndamı,
Məlikballı Qurban, bu nə gövhərdir?..