Ər yanında bəllidir
Görünüş
Ər yanında bəllidir Müəllif: Məxtumqulu Fəraqi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yaxşılığı pis bilməz,
Ər yanında bəllidir.
Görər gözün qiyməti
Kor yanında bəllidir.
Dəli könül dayancı,
Yoxdur dünya inancı,
Sağ qulağın güvənci
Kar yanında bəllidir.
İstər pirsən, istər yaş,
Qılma sirrin xalqa faş.
Sirr saxlayan məhək daş
Zər yanında bəllidir.
Olsa qəmdən xilasım,
Yaza dönsə qış fəslim,
Məxtumqulu, ixlasım,
Yar yanında bəllidir.