Məzmuna keç

Ərlə arvadın deyişməsi

Vikimənbə saytından
Ərlə arvadın deyişməsi
Müəllif: Aşıq Bəsti
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Arvad
Kişi, mənə yaxşı paltar al gətir,
Boşanaram günü qara düşərsən.

Ər
Məndən yaxşı eldə səni kim saxlar,
Burdan gedər qeyri hala düşərsən.

Arvad
Məndən yaxşı kimdi qızda, gəlində,
Löy kəndində, gəzsən ayrım elində?
Yaxanı qoyaram yetim əlində,
Ah-vay çəkib, ahı-zara düşərsən.

Ər
Arvad, səndən gözəl birin alaram,
Bir qul olub qulluğunda qalaram.
Yəqin bil ki, səni gözdən salaram,
Filan kimi qapılara düşərsən.