Əsəd bəy aşıq Pəriyə yazıb
Əsəd bəy aşıq Pəriyə yazıb Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
O gündən ki, didarım görmüşəm,
Həsrətindən yanar cismücan, Pəri.
Dolanır başına səri-zülfündə,
Könül mürgü tutub aşiyan, Pəri.
İştiyaqın çəkər neçə kimsənə,
Amma heç birisi bənzəməz mənə,
Canü dildən mübtəlayam mən sənə,
İnanmırsan, eylə imtahan, Pəri.
Arizindir günəş, camalındır ay,
Heç nazənin ola bilməz sənə tay,
Qəmzən qatil, kirpiyin ox, qaşın yay,
Qamətindir sərvi xuraman, Pəri.
Nə qədər var idi canda ixtiyar,
Bir xatirə səndən dolandım kənar,
Axır gizlin dərdim saldın aşikar,
Qoy bilsə də bilsin Mirzəcan, Pəri.
Bir mülaqat ilə, ey mələkzadə,
Kar etdi könlümə eşqin ziyadə,
Axar günəş ruyin düşəndə yadə,
Yaş yerinə gözlərimdən qan, Pəri.
Gəl gör fəraqında mən natəvanam,
Əfsürdəxatirəm, şikəstəcanəm,
Əsəd deyər, sənə bəndəfərmanəm,
Sənsən mənə soltan, Pəri, xan Pəri.
Bəhram bəy Fədai dedi ki, bu şeir mənim atamındır.
Atası isə həmin Əsəd bəydir.