Əsər indi
Görünüş
Əsər indi Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Səhər-səhər bir gözələ uğradım,
Ondan dəydi mənə ay əsər indi.
Ağlım zail oldu, halım digərcun,
Nə ki var əndamım ay əsər indi!
Bahar olcaq dağlar aylalalandı,
Bulud zülf üzünə ağ lalalandı,
Biznən mey içənlər ay lal alandı,
Tökülüb sərinə ay əsər indi!
Örtübdü başına şal qəza işin,
Qoymayun danlaya el qaza işin,
Qurbani der: get-gör ol qəza işin,
Tərlan avın almış, ayə sar indi!