Əsir düşüb gümanim, nazi müşküldən

Vikimənbə saytından
Əsir düşüb gümanim, nazi müşküldən (1996)
Müəllif: RAUF CAVAD

Zöhrəmə, səlam olsun cani könüldən!
Niyyət etmişəm soram, güli, bülbüldən!

Mən dəli söz olmuşam, yar sorağından,
Gör necə dərdli, həsrətdən, bülbül güldən!

Yusif qəmi, solan kimsəsiz Züleyxa,
Boynu bükük güllər, asılı sünbüldən!

Yetim qərib düşüb çöli-biyabanə,
Dəli bülbül gülə ah, imanı tüldən!

Fəqir bir kimsəyəm, sevgiyə əsirəm,
Hər günüm ahuzar, ağlayır od, küldən!
 
Əyilib qamətim, gör fikri xəyaləm,
Əsir düşüb gümanim, nazi müşküldən!

Gicərim susuz, hal alovlanıb yanır,
Quruyub dil ağızda, sözü düldüldən!

Dişləyir ləbi, diş, dodağı-qırmızı,
Qanı tökülür üzdən, al-qızılgüldən!

Eşqim həyacandan əsir can Samirə!
Ölüm-can qucaqlayıb, nöqtə-vergüldən!

Yollarında Fərhadı et Şirin fəda,
Leylam, nəfsim dəli, gəl ölüm sütüldən!

Sirab et istəyi, yar et pak Əslini,
Kərəm et saf diləyi, öpüm tərgüldən!

Canim ağrıdan ağrıyır uf, bax Rauf!
Gəl-gör eşqi, ver öpüş, al-yanaq-güldən!