Əslimiz (Ağadadaş Müniri)

Vikimənbə saytından
Əslimiz
Müəllif: Ağadadaş Müniri

Əslimiz olmuş əhli-Hövsandan,
Gəmi zəhmətkeşi olubdur atam.
Alıb illik maaş üç donluq,
Güzəran etmişik onunla müdam.
Qərqi-Bəhri-Xəzər olub atamız,
İxtisarən məni oxutdu anam.
Yeddi illik yetim onbeşətək
Eylədim sevdiyim ülumi tamam.
Anam oldu məhəlləyə dərzi,
Özüm oldum cocuqlara rəssam.