Əyər-əyər
Görünüş
Əyər-əyər Müəllif: Aşıq Musa |
cığalı təcnis |
Çən gəlsə dağlara yellər əsdirər,
Qış da çətin gəlsə dal əyər-əyər.
Aşıq deyər əyərdən,
Nə gətirdin əyərdən,
Laçın getdi şikara,
Gətirərsə əyər dən.
Elin səsin qayalardan kəsdilər,
Eşitsə qəddini dal əyər-əyər.
Yəqin kəsər zəhri zəhrin salsalı,
Qəza cana zəhrin zəhri sal salı,
Aşıq gəzər sal salı,
Yar qəddinə sal salı,
Canan canı nəzərdən,
Əyər yaxşı salsalı.
İçində qardaşı zəhrin salsalı,
Səslərdi dilində dal əyər-əyər.
Yazıq cana canan getdin əyanə,
Danışsan dərdini salsan əyanə,
Aşıq gəzər əyanə,
Dilin eşqə əyanə,
Xain nədən qaralı,
Gəzir eldən o yanə.
Musa istər canan gəzə əyanə.
Yaralı sinəsin dal əyər-əyər.