Əylənməz (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Əylənməz Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.74. |
Duman, gəl get bu dağlardan,
Bahar gəldi, qar əylənməz.
Bu dünya bir bivəfadı,
Gözəldə ilqar əylənməz.
Gözəlin qaşı qaradı,
Bayqunun meyli haradı?
Bu dünya karvansaradı:
Hər gələn qonar, əylənməz.
Abbas deyər hac olanda,
Kəbəyə merac olanda.
Doğru yoldan gəc olanda,
Namus gedər, ar əylənməz.