Əyri (Xəstə Hasan)
Görünüş
Əyri Müəllif: Xəstə Hasan |
Mənbə: [1] |
Bu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.
Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.
Ovçusan ovun gözlə, qoymaginan təzər əyri.
O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.
Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.
Hər kimin dövləti çoxsa, bu dünya mənəm deyər,
Hər kimin dövləti azsa, çörəyini yavan yeyər,
Hər kimin dövləti yoxsa, ah-zar edər, ömür kecər,
O səvəfdən yaş gözündə durmaz: gələr, axar əyri.
Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.
Gecələri çox uzundur: yata bilməm, yerim dardır.
Dönərəm o yan, bu yana, heç bilmirəm nə xəyaldır.
Mənə derlər Xəstə Hasan, sevdigin sox zülümkardır.
O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.
Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.