Əyri (Ziyai Ərdəbili)
Görünüş
Əyri (Ziyai Ərdəbili) Müəllif: Ziyai Ərdəbili |
Mənbə: Ziyai Erdebili. Cənubi Azərbaycan Ədəbiyatı Antologiyası (az.). Bakı: "Azərbaycan". 1980. 1881-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1980-10-05. |
Qoyubdu başə o səvri-səhi gülah əyri,
Qaş əyri, zülfi-siyah əyriyü nigah əyri.
Mən eylədim qaşa aşiqlər içrə səcdə, bəli,
Görülməmişdi cahan içrə qibləkah əyri.
Şikənci-cə'y ilə olmadı bəxt, tale-rast,
Çıxıbdı çünki bu xilqətdən ol giyah əyri.
Dadızdırır mənə zəhri-əçər kərahətsiz,
Gələndə qəmzən oxu xah rast, xah əyri.
Günüm qaradır gönlüm şikəstə, qəddim xəm,
Hə qədr vardır ol türreyi-siyah əyri.
O sərv qamətə yox, heyf, istiqaməti-xub,
Ki vardır aşiqnən gah rast, gah əyri.
Qərəz,Ziyai tək axırda görmədi mənzil,
Fəzayi-eşqdə hər kəs ki, getdi rah əyri.