Məzmuna keç

Əziz Şuşa! biz qayıtdıq!

Vikimənbə saytından
Əziz Şuşa! biz qayıtdıq! (12.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Ay ağalar, gəlin sizə söyləyim:

Baş tacıdır bizim zəfər Şuşanın!

Başımıza min il qaxınc olardı,

Yolu bağlı qalsa əgər Şuşanın.


“Şuşanı al!” komandası gələndə,

“Yarasalar” qarğaları dələndə,

Fəğan etməz “Xarı-Bülbül” çəməndə;

Bağlarında gülləri tər Şuşanın!


Bizim dağlar igid doğan, nər doğan,

Bu nərlərə tay olarmı hər doğan?

Qəşəng demiş Rəcəb Tayyib Ərdoğan:

“Dumanı da gülümsəyər Şuşanın!”


Ağ yel kimi dərə keçib, dağ aşıb,

Sinəsilə sal qayaya dırmaşıb,

Aslan kimi kükrəyibən qarmaşıb,

Toyuna can saldı nəmər Şuşanın!


Yağıların zəhər qatdıq aşına!

Müjdə verin İstanbul qardaşına!

Türkiyəylə Azərbaycan başına

Zəfər günü zər səpələr Şuşanın!


Anıb şəhidləri gözü dolsa da,

Qoynunda bir daha olmaz qan-qada!

Kirs dağın başını duman alsa da,

Bundan belə üzü gülər Şuşanın!


Alnında vüqarı, nuru üzündə,

Düşmən zingiltisi məğrur izində,

Komandan gəzəndə Cıdır düzündə,

Saf ürəyi dağa dönər Şuşanın!