Məzmuna keç

1915-ci il Ardahan-Axisxa-Kars kirğinina

Vikimənbə saytından
1915-ci il Ardahan-Axisxa-Kars kirğinina
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Mərhəmət kanidur Tağiyev Həzrəti,
Namiylə dutmişdur cihani zati.
Hak birə bin vermiş vari dövləti,
Buldi haxdan şöhrət şana yetişdi.

Şan dutdi Bakiyi etdilər əmək,
Kimi nan gətürdi kimi də yemək.
Cümlə xozeyinlər etdilər kömək,
Gəldi nimət ianə yetişdi.

Düşkünlər aldilər niməti nani,
Mərhəmət eylədi kərəmlər kani.
Sağ olsun Cəmiyyət vilayət xani,
Çox dərd çekdux ol dərmanə yetişdi.

Ey Səfili, ataş aldi tən viran,
Aç gözün, biçarə, ğəflətdən oyan.
Sancağım Axısxa, yerim Kobliyan,
Kəzamız da Adiqönə yetişdi”