Məzmuna keç

1918-1919 savaşi və Kobliyan dastani

Vikimənbə saytından
1918-1919 savaşi və Kobliyan dastani
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Dinləyin ağalar, vəsf edim hali,
Dəgişmənəm bir diyara Koblıyan,
Dövr ettim cihanı, yoxtur əmsali,
Meyil verməz bir ağyarə Koblıyan.

Salınurlar bağda barı yiyərlər,
Hər birisi bir qəsidə diyərlər,
Gözəlləri türlü rənkdən giyərlər,
Qərq olmuşti sim-ü-zara Koblıyan.

Sim-ü-zər almışti hər bir yanıni,
Söylərdilər çay-kəhvənin şanıni,
Gürci göstərmədi bir nişanıni,
Dedilər, Nikolayı ara, Koblıyan.

Axir-şərə döndi, düşti bir ataş,
Dedilər, əsgərə kimi edək baş?
Rəy etdilər, olsun Sərvər Bəy qardaş
Qırılax, enməzdən birə Koblıyan.

Bir qavğa çıxdi ki, mədəd, əlaman,
Top, tüfəng səsindən qopti bir duman,
Ol saatta düşman bozuldi həmən,
Düşürdilər bayır-kıra, Koblıyan.

Düşti bayır-kıra kavğa kuruldi,
Əzəli – Posxovun adi soruldi.
İkinci – Çıkkəldə toplar kuruldi,
Dolu kimi yağa yerə, Koblıyan.

Qaçmayın kardaşlar, olalım koçax,
Ər olanlar cəngin kapusın açax,
Sıyırın kılıcı, bağlanın bıçax,
Qurt qoyun içinə girə Koblıyan.

Qırın düşmanları, vurun bozulsun,
Kəsin kəllələri qanı süzülsün,
Falakaya cəmdəkləri düzülsün,
Üçüncü – Valeyə girə Koblıyan.

Girdi Axısxaya, tikdi bayrağı,
Düşman yürəğinə vurdular daği,
Kəsilsin Azğurdan Andahan daği,
Dünya durduğunca dura Koblıyan.

Durup bir zaman da böyləcə qaldi,
Yol açtı ingilis, müzəvir oldi,
Xayın düşman Azğur qalasın aldi,
Şimdi gəldi sizə sıra, Koblıyan.

Dara qaldi da çox bunğaldi millət,
Böyüklər içinə düşti ədavət,
Bozuldi Azğur da, qopti qıyamət,
Anda düşti ah-ü-zara Koblıyan.

Verdilər sərini, durdular cəngə,
Xəbər oldi ingilis, gürci, firəngə,
Yəhudi, erməni girdilər dəngə,
Qorxaram ki bizə vura, Koblıyan.

Vurdi bu dört millət islam üstünə,
Umum xaçpərəstlər düşti qəsdinə,
Kimi süngi, tüfəng almış dəstinə,
Gəlin qılax parə-parə, Koblıyan.

Vira cəng olundi dört gün, dört gecə,
Dövr-i-adəm görməmişti böyləcə,
İngilis toplari yucadan yuca,
İştər ki dağlari yara, Koblıyan.

Eykara düşəndə, əgləndi qaldi,
Talançi köylərə vəlvələ saldi,
Həmən Axısxadan telqraf gəldi,
Barışık bayrağın görə Koblıyan.

Baxşi Bəydən ulaşti bizə yardımci,
Axirə yetişti dastanın uci,
Eşidənlər desin, bu da bir inci,
Səfilidən bir ibarə, Koblıyan.