Məzmuna keç

Açılın qapılar, şaha gedəlim

Vikimənbə saytından
Açılın qapılar, şaha gedəlim
Müəllif: Pir Sultan Abdal
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Xızır Paşa bizi bərdar etmədən,
Açılın qapılar, şaha gedəlim!
Siyasət günləri gəlib yetmədən,
Açılın qapılar, şaha gedəlim!

Gönül çıxmaq istər şahın köşkünə,
Can boyanmaq istər Əli mişginə,
Pirim Əli on iki imam eşqinə
Açılın qapılar, şaha gedəlim!

Hər nərəyə getsəm yolum dumandır,
Bizi böylə qılan əhdü peymandır,
Zəncir boynum sıxdı, halım yamandır
Açılın qapılar, şaha gedəlim!

Yaz selləri kimi axar çağlaram,
Xəncər alıb ciyerləri dağlaram,
Qərib qaldım bu arada ağlaram
Açılın qapılar, şaha gedəlim!

Pir Sultan Abdal der: mürvətli şahım!
Yaram sızlar, baş oldu ciyərgahım.
Ərşə dirək-dirək olmuşdur ahım
Açılın qapılar, şaha gedəlim!