Açılmış (Çıldırlı Aşıq İrfani)
Görünüş
Açılmış Müəllif: Çıldırlı Aşıq İrfani |
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016 |
Yenə ziynətləndi hüsnün bağları,
Lala, sümbül, mor mənəvşə açılmış,
Səhər-səhər gahdan gəlir sədalar,
Bülbül kimi xoş lisanın açılmış.
Duyulurmu şu simanın özündən,
Söylədikcə şəkər damlar sözündən,
Ləvənd-i kəkildir, bədir üzündən,
Tel-tel olmuş, top zülflərin açılmış.
Əcəb kimlər ola İrfanin dosdu,
Günbəgün artmaqda canımda qəsdi,
Qorxarım dəymişdir adnın dəsti,
Ol səbəbdən giribanın açılmış.