Aç qara zülfünü ta sәfheyi-ruxsarı tuta
Görünüş
Aç qara zülfünü ta səfheyi-rusxarı tula Müəllif: Bahar Şirvani |
Aç qara zülfünü ta sәfheyi-ruxsarı tuta,
Xoş olur sünbül әgәr açıla gülzarı tuta.
Hәr zaman müşki-Xitadәn iy oğurlar zülfün,
Möhtәsib hanı ki, bu düzdi-xәtakarı tuta?
Bilmәyirsәn neçә min aşiq olub zülfünә bәnd,
Zülf qalmaz sәnә gәr hәr biri bir tarı tuta.
Hiç insaf deyil, zülfünә canım qurban,
Mәn duram, özgәlәr ol türreyi-tәrrarı tuta.
Qorxum oldur ki, görә zülfünü zahid nagәh,
Buraxıb sübheyi-sәddanәni, zünnarı tuta.
Nә әcәb etmәsә ol şux mәnimlә göftar,
Neylәsin, yox o qәdәr arzı ki, göftarı tuta.
Yalvara-yalvara zülfün nә olur tutsa Bahar,
Çox әcәb sanmayın әfsungәr әgәr marı tuta.