Açardı bu

Vikimənbə saytından
%75 tamamlandı
Açardı bu
Müəllif: Nəbi Miskin
Divani-müsəddəs

 
Cismü canda murğularım,
səf çəkib açardə bu,
Xəyalım xavahirətdən
dürdanə seçərdi, bu.
Könlüm gəzər gülşənləri,
xar güldən köçərdi, bu.
Zehnimin kəşkülünü
atmışam dəryalara,
Əcayib qəvvas olub,
dəryadan keçərdi, bu.

Arayıban ərkanını
Hər kəslə gəlməz yola,
Əzrayıl hökmlə gəlsə,
Düşər cana vəlvələ.
Nəkrayıl sual edər,
Kəlmə gətirməz dilə,
Məqamı maru-əqrəb
Tamam qurşanar belə,
Çəkərlər bir mənzilə
Cadalar düşər sola,
O dəm ki, şəfa bulmaz,
Məhşərdə naçardı, bu.

Şair Nəbi göz dikibdi,
mim-Məhəmməd, nun-nura,
Şəninə endi Quran, yazıldı kitablara.
Sözlərindən nəf eylərəm
irəhmət ustadlara,
Altı min altı yüz altımış
ayət yüz on dörd sura,
Lailaha-illallaha, dedim
şəhadətdə ilqara,
Dəstimdə namə olur,
behişdə açardı, bu.