Ağ Aşığam xətim-kəlamdır bu gün

Vikimənbə saytından
Ağ Aşığam xətim-kəlamdır bu gün
Müəllif: Ağ Aşıq



Ağ Aşığam xətim-kəlamdır bu gün,
Cənnətül mərvaya götürün məni.
Eldə bir sözümü etmədim bəyan,
Cəlali üqbaya yetirin məni.

Əlacım eyləsin on iki imam,
Bu fani dünyadan gedirəm nakam.
Gözləyir yolumu biçarə anam,
Qəbir əzabından ötürün məni.

Cəlilüşşən mələk həmdəmim ola,
Ol xəlili-xəlit namazım qıla.
Tez verin duamı salın da yola,
Siz Bağı-cinana götürün məni.