Məzmuna keç

Ağ edər

Vikimənbə saytından
Ağ edər
Müəllif: Kəminə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ay ağalar! Yaman arvad,
Saqqalı çıxmadan ağ edər.
Abn-həyan yerə tökər,
Ürək-bağnm dağ edər.

Başı çıxmaz heç bir işdən,
Amma görsən, - əyal dışdan.
Ağ iplikdən, göy erişdən,
Saçına ipdən bağ edər.

Müdam el sözünə baxar,
Qazananın yerə tökər.
Geyim geysə yarsın yaxar,
Yaxasm yırtıb çak edər.

Əri qazanıb gətirir,
Çuvala salmaz, bitirir.
Gedir küllükdə oturur,
Der: mənə ərim lağ edər.

Baxıb alın əsli-zatın,
Yamandan al ömrün satın.
Kəminə der: pinti qadın,
Alm saçın çim yağ edər.