Məzmuna keç

Ağ yalançı

Vikimənbə saytından
Ağ yalançı
Müəllif: Həsənəli xan Qaradaği
mənzum hekayə. Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Bir xaric dövlətdən bir əmirzadə,

Gəlibdir Tiflisə, gəzib azadə.

Görüb minarədə ozan verəni,

İslamı namaza dəvət edəni.

Xəbər alıb bir cühuddan bu kişi:

"Nə deyir o adam, nə olmuş işi?"

Cühud deyib: "Deyir, böyükdür Allah,

Burası doğrudur, düz deyir vallah.

Söyləyir ki, var Məhəmməd peyğəmbər,

Bu yalandır, uydurulmuş bu xəbər".

Əmirzadə söyləyibdir: "Hər halda,

Yalanı sən dedin, qoy qalsın yadda.

Çünki mümkün deyil edilə bəyan,

Öylə uca yerdən söylənə yalan".