Məzmuna keç

Ağacdandır

Vikimənbə saytından
Ağacdandır
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Sazım, gәl mәnimlә danış,
Sәnin әslin ağacdandır.
Ağac dedim, bikef oldun,
Xurmadakı ağacdandır.

Çağırın gәlsin aşiqi,
Alәmә salsın işığı,
Hәsәn-Hüseynin beşiyi -
O da ki var, ağacdandır.

Ey Qurbani, batma yasa,
Uzun sözün eylә qısa,
Musanın әlindә әsa, -
O da ki var, ağacdandır.