Məzmuna keç

Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib

Vikimənbə saytından
Qərib
Müəllif: Şeyx İbrahim Gülşəni


Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib
Fikri-zikri olubanu dərd ilə ney dəm qərib

Vay əgər həsrətlə verəm canımı axır nəfəs
Görmədən sevdiklərimi dünyadan getsəm qərib

Sevnişir xəlqi cahanın ay görüb bayram içün
Yaşlı kimi qayğılıdır movt ilə ol dəm qərib

Dönübən sahib əzayə ün çökübən dərd ilə
Gözlərindən axıdırmış yaş yerinə dəm qərib

Ya ilahi,Rövşənidən ayrı zari-hüzn ilə
Gülşəni kimi cahanda olmasın adəm qərib