Ağlaram (Çoban Əfqan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlaram (Çoban Əfqan)
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Gəlib gəlməyəli bu cahana mən,
Biçarə Kərəmdən betər ağlaram.
Kimi şeyx olubdur, kimi məşədi,
Bizə də muzdurluq çatar, ağlaram.

Çoxdur mənim kimi dərdə tutulan,
Heyvan kimi heyvanlara qatılan.
Varlılar alandı, biz də satılan
Ünüm asimana yetər ağlaram.

Bir adil hökmdar tapıla hardan,
Bizi azad edə bu zülmkardan.
Coban Əfqan belə dərdi-azardan,
Qəm-qüssə içində itər, ağlaram.
1916-cı il