Məzmuna keç

Ağlaram (Aşıq Pəri)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlaram
Müəllif: Aşıq Pəri


Şikayətim vardır, fələk əlindən,
Fələk, mənə düşmən oldun, ağlaram.
Qorxum budur, həsrət qalam yarıma,
Fələk ilə düşmən oldum, ağlaram.

Bizim ellər dağdır, daşdır, virandır,
Qadir Mövlam, hər mətləbi verəndir,
Bayırda qar, çovğun, dolu, borandır,
Vətənimdən ayrı düşdüm, ağlaram.

İgid odur, öz sinini gizləyə,
Ciyərini kabab edib duzliyə,
Rəvamıdır, Qərib burda gözləyə,
Fələk ilə düşmən oldum, ağlaram.