Ağlaram (Miskin Abdal)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlaram
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.


Dostu-mehribanım, yetiş dadıma,
Səndən qeyri yox imdadım, ağlaram.
Ah çəkib, dağlara salaram səda,
Qohum gəlməz, gülər yadım, ağlaram.

Dəstində Zülfüqar, Düldülə süvar,
Məhsəril-əcayib, bir adı Kərrar,
Müşкülə düşmüşəm, könlüm intizar,
Sən gəlməsən, ey ustadım, ağlaram.

Salma nəzərindən, salma ilahim,
Dar gündə köməyim, püştü-pənahım,
Ərşə bülənd olub fəryadı-ahım,
Abdaldı, Miskindi adım, ağlaram.