Ağlaram (Varxiyanlı Aşıq Məhəmməd)
Görünüş
Ağlaram Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir bəri bax, ay qadasm aldığım,
Xəbər gəlməz ellərindən, ağlaram.
Dedim abad olsun, bülbül oynasm,
Xar qovulsun güllərindən, ağlaram.
Hənalı barmağı, nazik əlləri,
Görməz olduq dəxi kəsik telləri,
Köçdü bizdən, iraq düşdü elləri,
Göz kəsildi yollarmdan, ağlaram.
Xəstə olub yar yanmda qalmadım,
Canan, sənə neçin qurban olmadım,
Günahkaram, mən yolunda ölmədim,
İntizaram yollarından, ağlaram.
Məhəmmədəm, bu zülmətdə qalmışam,
Üz tutuban ayağma gəlmişəm,
Gör iqlabım, necə şikəst olmuşam,
Ayrı düşüb dillərindən, ağlaram.