Ağlasın (Məlikballı Qurban)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ağlasın Müəllif: Məlikballı Qurban |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Əzrayıl gəlibən canım alanda,
Anam, bacım qara geyib ağlasın.
Baş yastıqda, gözüm giryan qalanda,
Əyin-başın tamam soyub ağlasın.
Sinəm üstə cəllad əyləşir bir dəm,
Yığılsın yas tutsun bir neçə adəm,
Gəlsin qohum-qardaş görsün dəmadəm,
Qəmlər çəkib, qüssə yeyib ağlasın.
Çıxanda əflakə naleyi-zarım,
Töksünlər üstümə sovxa paltarım,
Başım üstə əlim tutsun öz yarım,
Məlikballı Qurban deyib ağlasın.