Məzmuna keç

Ağlayır söz ki, Rəhm eyləsin Dilbərim

Vikimənbə saytından
Ağlayır söz ki, Rəhm eyləsin Dilbərim! (1997)
Müəllif: RAUF CAVAD

Hər gün yar görüşünə gəlir sözlərim,
Baxır gözlərinə həsrətli gözlərim.

Yazır qələm dərd ağrıdan, can acıdan,
Ağlayır söz ki, Rəhm eyləsin Dilbərim!

Qəlbim dolu dərd-sözlə, sinəm yaralı,
Dəniz tək çalxalanır dəli xəzərim.

Düşüb can zindana, çırpınır qəfəsdə,
Səsləyir Sevdasın, gəlsin nazlı Pərim.

O nazlı gülün gülüşünə mən həsrət,
Yarsız günlərim acı hər gün səhərim.

Açır gözün ümid ömür-gün kitabın,
Qurur könlümdə xəyalı, ağ şəhərim.

Qəlb dil açıb yenicə körpə istəyim,
Səni arzulayır söz, şirin-şəkərim!

Gecələr goşur dəli könlümdə sevgi,
Gəl bitsin bu həsrət, Rauf xoş xəbərim!