Ağlayırdım, gülürəm

Vikimənbə saytından
Ağlayırdım, gülürəm (6 aprel 1920)
Müəllif: Əhməd Cavad

Arkadaşlar, dörd yanıma baxdıqca,
Ağlayırdım, ağlayırdı irmaqlar!
Yurd oğlunun göz yaşları axdıqca,
Ağlayırdım, ağlayırdı topraqlar!

Bir əl mənim boğazımı sıxırdı,
Yol verməzdi deyəm -güləm , danışam.
Gözürn yaşı sular kimi axırdı,
Yurd oğluyla qoymaz idi taruşam.

Qoca yigit ulusumun orucun,
Göz önündə sasıq1 əllər kəsdikcə;
Axırdı m ənirn də üzə göz yaşım,
Ağlayırdım, düşgünləri gördükcə!

Ağlam aqda çox az idi yoldaşım,
Oyatsızlar bizə dəli deyərdi.
Qaçar idi m əndən bütün tanışım,
Çıldır-çıldır baxıb mənə gülərdi!

Şimdi isə dəyişildi həp işlər,
Onda baxıb bizə dəli deyənlər
Görürlər ki, başqalaşmış gedişlər.
Mən gülürəm, gülür bizə gülənlər!

Ay yurd oğlu, ağlayanlar keçəndə
İstər idi bu gün səni güldürsün!
Sarı yüzlü dayduları3 gör sən də,
Qoyma bir də işığını söndürsün!

Əsirgədi bu gün səni yaradan,
Öz yurdunıı verdi sonin əlinə!
Dayduları çıxartmısan aradan,
Saqın, bir də sataşmasın gözünü!

Göstərməsən bundan sonra sən ərlik,
Beş gün çəkm əz yurdun-yuvan dağılar!
Qardaş kimi eyloməsən hop birlik,
Yenə girər torpağına yağılar!