Ağlaya bilməz
Görünüş
Ağlaya bilməz (27 oktyabr 2009-cu il) Müəllif: Araz Yaquboğlu |
Sərraf Şiruyənin “Zəlimxana deyin gəlsin” adlı şeirini oxuyarkən Mənbə: Elin Şiruyəsi, sözün sərrafı. Bakı, “SkyG”, 2016. səh. 374 |
Qananlar anlayıb ağlayar səni,
Naşı-nadan səni ağlaya bilməz.
Könüllər oxşayan ağlayar səni,
Könül yıxan səni ağlaya bilməz.
Şeirini söyləyən dillər ağlayar,
Kaman nalə çəkər, tellər ağlayar,
Mahallar ağlayar, ellər ağlayar,
Tək Zəlimxan səni ağlaya bilməz.
Arazam, bel bağla ümid, gümana,
Göydə ilahiyə, yerdə loğmana.
Haqqa-ədalətə, ilqar-imana,
Dönük baxan səni ağlaya bilməz.