Məzmuna keç

Ağrı dağı (rəvayət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağrı dağı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişlərdə Ağrı dağı ilə Haça dağ yaxın qonşu olublar. Çox da istəkli imişlər. Həmişə bir-birini gözlər, mehriban dolanıb ömür sürərlərmiş. Bir gün bu dağların arasında bərk mübahisə düşür. İş o yerə çatır ki, onlar hirslənib düşmən kimi dalaşmağa başlayırlar. Haça dağ özünü haqlı bilib qəzəbindən bir dəli nərə çəkir. Əl atıb Ağrıya güclü zərbə vurur. O zaman Ağrı hamilə imiş. Zərbənin gücündən bala salır.

Ağrı qonşusunun bu hərəkətinə tab gətirə bilmir. Özünü toplayıb o da Haça dağa öz zərbini göstərir. Haça dağın fəryadı yeriyurdu götürür. Ağrının zərbindən onun da başı aralanır. Deyirlər ki, o vaxt başı ayrıldığından adı da Haça dağ qalmışdır. Ağrının saldığı bala isə böyüyüb onun yanında göylərə baş çəkmişdir. Adına Bala Ağrı demişlər.

Mənbə

[redaktə]