Ağrın alım (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ağrın alım (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Söz vermişdin canbir qəlb olmağa,
Eyləmə bu qədər naz, ağrın alım.
Gəlməmisən saqqalımı yolmağa,
Yaxşıya, yamana döz, ağrın alım.
Yersiz işin xatirimə çox dəyir,
Bəd rəftarın cavan qəddimi əyir.
Demirəm, çox yun dara, cəhrə əyir,
Xoş dolan, gör işi az, ağrın alım.
Əvvəlkitək üzün gülsün üzümə,
Bir qüvvət ol söhbətimə, sözümə.
Məmmədhüseynin yaxşı dəysən gözünə,
Vəsfini eyləsin saz ağrın alım.