Aşıq Ələsgərin Naxçıvan səfəri

Vikimənbə saytından
Jump to navigation Jump to search
Aşıq Ələsgərin Naxçıvan səfəri
Müəllif: Aşıq Ələsgər
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Aşıx Ələsgərin şəyirdi Nağı bir günləri İrəvan çuxuruna çıxırlar səfərə. Bu halda bullara bir neçə əhli-hal cavan, qoca rast gəlir. Bunlar salamlaşırlar.
-Salam, ay usta, bu yanınızdala kimdir? Halınız, bəyanınız nədi?
Siz ki, xəbər alırsınız deyim, oğul. Mənim adım Ələs- gərdi, bu yanımdakı da şair Nağıdı, şəyirdimdi.
Bunnan şair Nağı bir qədər özünti dartdı, öz-özünə deyindi: “Əşi, mən şair Nağı olam, bə özüm də Ələsgərə şəyird olam?” Bunu ətrafdakı hamı hiss elədi ki, Nağı özünü ustadından üstün tutdu.
Hamı Ələsgərin zəhmətinə hayıfsılanıb dedilər ki:
-Gəlin, bu sarsağı bir kələynən bu kişinin yanından aralıyax.
Nağını çağırdılar öz yanlarına, dedilər:
-Ədə, sənin Ələsgərdən nəyin əksiydi? Çıx get aşıxlığmı elə! Özü də sən onnan yaxşısan, o nədi ki, sən onunla hərrə- nirsən?
Nağı inanıb öz ustadı Ələsgərdən ayrıldı ki, bə mən özüm kamil aşığam. Bunu eşidən Ələsgər dedi:
-Oğul, sən heç yarımçıx da döyülsən. Getmə peşman olarsan!
Nağı:
-Peşman özün olarsan. Sən tərs, mən də ovand, - deyib, sazını götürüb, Ələsgərdən aralandı. Bəli, görəh Nağı hara getdi?
Nağı fikirləşdi ki, çox da məni təriflədilər, əmə mən axı aşıxlıq edə bilmərəm. Fikirləşib, öz-özünə: “Gedim şərilli Məhəmməd bəyin yanında qalım. O məni öz himayəsində şaxlar. Onun adma heç kəs mənə dəyməz, əl vura bilməz. Mən də öz aşıxlığımı eliyərəm” - deyib, birbaş Şərilə tərəf üz qoydu. Axşam gün batandan sonra yata vədəsi Məhəmməd bəyin qapısını təklifsiz-zadsız açıb, içəri girdi, dedi:
-Salam, Məhəmməd bəy!
-Məhəmməd yerdəydi, dönüb baxdı, gördü, əyə, bir oğlan, əlində saz. Dedi:
-Salam, oğul, xoş gəlmisən, səfa gətirmisən! Oğul, adm
nədi?
-Bəy, adım şair Nağıdı, özüm də Ələsgərin şəyirdi olmuşam. Ənıma indi Ələsgər məndən dərs alasıdı.
-Oğul, bu sözdə fikrin nədi?
-Bəy sağ olsun, Ələsgər mənə dedi ki, özünkü mənnən üstünsən, get qardaşdığım Məhəmməd bəyin könlün aç, şad elə!
-Bıy, oğul, çox yaxşı, əyləş, xoş gəlmisən, gözüm üstə gəlmisən. Bu yaxşı oldu, çox yaxşı oldu!
Məhəmməd bəy öz gəlininə dedi ki:
-Dur, şairə hörmət elə! Əyağını yu, çay qoy.
Gəlin hazırlıq eləsin, görək Məhəmməd bəy nə dedi:
-Oğul, doğrudan kefim qarışmışdı. Bəylər it boğuşdurmuşdu, onların aşıxları da var idi, söz dedi, əmə mənim aşığım yox idi. Bu yaxşı oldu, qoy sabax açılsın, məclisimizi qurax, görək mənim aşığım necə fəğan eyləyir.
Bəli, səhər açıldı, üzünüzə xeyir açılsın. Məhəmməd bəy qasid göndərdi o biri bəylərə ki, aşığınızı götürün, özünüzlə barabar bu axşam mənim məclisimə gəlin!
Oydu ku, bəylər öz aşıxlarım da götürüb, özləriylə barabar Məhəmməd bəyin məclisinə gəldilər.
Əmə orasını da deyim ki, gələn aşıxlann biri şərilli Aşıq Əsədullah, biri də Aşıq Cəfərullahıydı.
Aşıq Əsədullah dedi:
-Ədə, CəfəruHah, sazı götü düş meydana, bu aşığı elə günə sal kı, Məhəmməd bəy bizi çağırdığına peşman olsun!
Bəli, məclis quruldu, sazlar köynəyinnən çıxdı. Məclis əhli yerbəyer əyləşdilər, söz verildi əvvəlcə şərilli Aşıq Cəfəruilaha.
Aldı Cəfərullah:

Əzəldən can deyib, can eşidən yar,
İndi beybafalıx ay nədən oldu?
Deyirdin, ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?

Məhəmməd bəy:
-Ə mənim aşığım, bir onun cavabım ver görək!
Nağı heç bir cavab verə bilməyib, yerində mat-məhətdəl qaldı, çiynini çəkif, “bilmirəm” işarətini elədi, sazı əlimıən yerə qoydu. Bunu görən Məhəmməd bəy Nağıya dedi:
-Ədə, bə sən deyirdin mən şairəm, sən heç yarımçıx da döysən! Qaç bu saat ustan Ələsgəri gəti, mənim gözümün qabağında o aşıqların gərək sazım alsın, yoxsa səni öldürəcəm.
Nağı kor-peşman üz çöyürdü Göyçüyə.
Bir neçə gün yol gəldikdən sonra gəlib Ələsgər babanın əvinə çatdı. Qapım açıb gördü kü, Ələsgər öydə yoxdu, əmə arvadı öydədi. Salam verdi:
-Salam, ay xala!
Xala cavab verdi:
-Əleyküməsalam, oğul, xoş gəldin, adm nədi, bala?
-Adım Nağıdı, xala!
-Hə, oğul, o yarımçıx qaçansamnı? Oğul, sazın-zadm ham, yəqin bağlıyıb alıblar?
Arvad işi bilib, Nağıya yol göstərdi:
-Oğul, Ələsgər Daşkənddədi, get ustamn yanma, dərdini
ona de.
Nağı əvdən çıxıb, qoca-cavan, bir dəstə də özünnən götürüb, Ələsgərə minnətçi gəldi.
Bir təhər Ələsgərnən Nağını barışdırdılar. Ələsgər elin hörmətini yerə salmayıb, Nağıynan barışdı.
Ələsgər dedi:
-Oğul, bə sazm hanı?
-Usta, elə yadıma düşmüşdün, gəldim, sazı gətirmədim.
Bu halda bir neçə molla, şeyx, alim qapıdan içəri girdilər, soruşdular:
-Qoca, biz gəlmişik sizin adınızı bilməyə, adınız nədi? Ələsgər dedi:
-Oğul, o sazı yendir ordan, adımı deyim bullara.
Saz eşidən mollalar dedi:
. -Günahdı, sən şeytan felinə aldanmısan, saz nədi? Ağlın çaşıb, qocalmısan, adını de!
-Oğul, qulaq as deyim.
Aldı Aşıq Ələsgər:

Ağıldan kəm, huşdan çaşqın, dildən küt,
Naqabıl, gəlməsi beysəmər mənəm.
Məcnun kimi viranələr küncündə,
Sərgəndar, sərgandar, qələndər mənəm.

Molla dedi:
-Əşi, qoca, cavanlığında nəynən məşğul iydin?
Ələsgər:

Cavanlıx halında müşkül hal oldum,
İblis əməlində piirkamal oldum,
Qəza vurdu sin içində lal oldum,
Hər sözü dillərdə bir dəftər mənəm.

Bu sözü eşidən şıx dilləndi.
-Əşi, qoca, sənətin nəydi sənin?
Ələsgər dedi:
-Qulaq as deyim:

Sənətim nəsiyətdi, yoxdu subabı,
Suvab üçün dilim tutmur çavabı.
Ədalət hakimi xaki, turabı,
Kamil ustadları qul kəmtər mənəm.

Bunu eşidən alim də soruşdu:
-Əşi, qoca, dünyam necə dolandın?
Ələsgər çavab verdi:
-Qulaq as deyim.
Aldı Ələsgər:

Dolandım dünyanı, gəzdim əfsanə,
Tabe oldum nəfsə, uydum şeytana,
Xeyr əməlim yoxdu, mərdi-mərdanə,
Günahkar, günahkar, günahkar mənəm.

-Əyə, görəsən, bunun günahı nədi, adam öldürüb, yol
kəsib?
-Əşi, qoca, giinahm nədi? De görüm, bə sən niyə günah
elədin?
Ələsgər dedi:

-Oğul, qulaq as deyim:
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı,
Sonradan anladım, çahanmış fani,
Bu fanidən köçən Ələsgər mənəm.

Hamı bildi ki, bu Ələsgərdi, dedilər:
-Əşi, qoca, sən ki, bir alim imişsən. Gəl bizim yanımızda ya şıx ol, ya molla.
-Xeyr, oğul, mənim saz çalmağım sizin mollalığınızdan təmizdi.
Bu cavabdan sonra şeyx, molla, alim çıxıb getdilər.
Ələsgər sazı köynəyinə salıb, üzünü Nağıya tutub soruşdu:
-Oğul, nə yaxşı məni yada salıf gəlifsən, düzünü de?
Nağı dedi:
-Usta, düzünü kü, bilmək istəyirsən, Məhəmməd bəy məni göndərib sənin yanma. Əlində toyu var, deyir gərək gedif Ələsgəri gətirəsən.
Ələsgər dedi:
-Oğul, sən hara, Naxçıvan hara, Şəril hara, Məhəmməd bəy hara? Sən hardan gedif o kişiyə tuş olmusan?
Nağı dedi:
-Usta, onu soruşma! Əhvalat uzundu, özün gedif görərsən.
Ələsgər dedi:
-Yaxşı, oğul, bə axı mən qocalmışam. Əyağımda çarıx, bağı yox; köşəsi var, altı yox; altı var, köşəsi yox.
Nağı dedi:
-Usta, sənə bir xrom sapox mənim boynuma. Əmə gedəjiyik.
Ələsgər razılaşdı, dedi:
-Oğul, bəylərdə belə adət olmazdı, nə yaxşı, məni yad eliyif? Nəysə, burda bir iş var, dur gedək.
Oydu ki, yola rəvan olub, günə bir mənzil, teyyi- mənazil, gəlif Vediyə çıxdılar.
Ələsgər burda dedi:
-Oğul, çarıx əyağımdan tüşdü, mənim sapoğumu burada alajaxsan, yoxsa başqa yerdə? Gəl, elə gedək burda mənə bir sapox tikdirək.
Bəli, Nağı padoşu, turnaşı aldı, əmə tikdirif danışmağını Ələsgər özü elədi.
Çəkməçiylə deyib danışdılar. Bir neçə günnən sonra gəlib çəkməçidən sapoğu aldılar. Ələsgər gördü verdiyi tumaşa görə sapoq döyül, dedi:
-Oğul, bə sən bilmirsən ki, mən aşığam?
Çəkməçi dedi:
-Əşi, aşıq nədi? Yəni o qoyunun qıçasındakından?
-Xeyr, oğul, oxuyuram, çalıram, deyirəm, bir mətləb qandırıram,
Çəkməçi dedi:
-Al, birin çal görüm.
Ələsgər Nağıya dedi:
-Qaç, sazı gətir, bu çəkməçini başa salım.
Nağı tez sazı gətirib, Aşıq Ələsgərə verdi, Aşıq Ələsgər, görək, sazı götürüb, çəkməçiyə nə dedi. Biz deyək, siz də şad olun.
Aldı Aşıq Ələsgər:

Danışdın, barışdın mərhəmət eylə,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manat ilə,
Namusu, qeyrəti satma, hayıfsan!

Bu sözü eşidən çəkməçi gördü kü, qoca başa düşüb, tez qocaya dedi:
-Qoca deyəsən yayıllıyıbsan.
Ələsgər dedi:
-Oğul, qulaq as!
Aldı Ələsgər:

Ellər məni nəzərinnən salmayıb,
Huşum cəmdi, ağlım heç azalmayıb.
Fani dünya Süleymana qalmayıb,
Oyan, bu qəflətdə yatma, hayıfsan!

Boylum, bu sözü eşidən çəkməçi, gördü işin üstü açılıb,
dedi:
-Ə, peşə tapmanusız, bu nə peşədi? Tulla o yana. Mən də elə bildim mənə bir yaxşı söz deyəcəksən.
Ələsgər dedi:
-Oğul, qulaq as deyim.
Aldı Ələsgər:

Siz talaş eylərsiz iynə, biz iylə,
Bizimki də gələr, gedər söz iylə.
Əyri ol əyriylə, düz ol düz iylə,
Hər yetəni sən aldatma, hayıfsan!

Bu sözü eşidən çəkməçi yenə dedi:
-A kişi, çıx get işinə-peşəııə, qoca kişisən, işimiz-gücümüz var, indi yaxşı müştərilərimiz gələcək.
Ələsgər dedi:
-Oğul, harda yaxşı adam var, orda da mənim hörmətim var, qulaq as deyim:

Düşəndə məclisə, ağır yığnağa,
Mənə hörmət eylər irəcbər, ağa.
Söz uzansa həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma hayıfsan!

Bu sözü eşidən kimi çəkməçi öz şəyirdinə dedi:
-Gücün çatarsa, bu qocanı gəl itəliyək çıxaraq çölə.
Ələsgər bunıı eşidən kimi, gördü çəkməçi bunu lap avam yerinə qoyub, aldı gerisini:
Qəsəm olsun xutkeşlərin sərinə,
Yalan söz iyidi salar dərinə.
Köhnə dağarçığı tumaş yerinə Aşıq Ələsgərə satma, hayıfsan!
Ələsgər adını eşidən çəkməçi dedi:
-Palıo, əmi, sən Ələsgər imişsən? Bağışla, bu sənin sa- poğun! Atam həmişə səni arzulardı.
Ustad dili yüyrəy olar. Aşıq Ələsgərin sapoğunu qayda- sıyla tikib verdilər.
Aşıq Ələsgər sazı da, sapoğu da, Nağıyı da götürüb gəldilər Şərilə, iki yol ayrımına.
Ələsgər gördü, axı, Nağı həmişə irəlidə gələrdi, indi nədənsə geridən gəlir. Üz tutdu Nağıya dedi:
-Nağı, bəlkə, Məhəmməd bəy səni hədələyif, gec gəlməyimizə qorxursan?
Nağı başını ayağının altına salıb dedi:
-Usta, düzünə qalsa, məni bağlıyıf, sazımı alıflar, özümü də kötəynən yola salıblar. Məhəmməd bəy də deyif, get, ustan aşıq Ələsgəri gəti.
Ələsgər dedi:
-Ədə, əskih, bə mən deyəndə ki, sən yanmçıx da döyülsən, getmə, sən mənə deyirdin sən tərs, mən avand. Di get!
Ələsgər bir az fıkirləşəndən sonra dedi:
-Oğul, indi ki, belədi, gəti xərc qoyax, mənə balax dərisindən bir kürk tikdirək, bir də bir çarıx. Erkəc dərisindən də bir papax. Orda da kim mənim adımı soruşsa, deyərsən adı So- laxqəydi. Özü də qoca aşıxdı, mənim şəyirdimdi. İndi de görək, oğul, Məhəmməd bəygilə gedəçiyik, yoxsa hara?
Nağı dedi:
-Xeyr, Müşkünaz bacımgilə.
Ustad dili yügrəy olar. Tez libası tikdirib, Miişkünazgilə üz qoydular.
Göy üzün duman bürüdü, bu halda yağış yağdı, palçıx dizə çıxdı. Ələsgər babanın hər ayağında bir duvaxlıx palçıx, Müşkünaz xanımın qapısını döydülər.
Müşkünaz qapını açıb, Nağını tanıdı, əmə yanındakın kim olacağın bilmədi, fikir elədi ki, qardaşım Məhəmməd bəy qardaşdığı Ələsgərin dalınca Nağını göndərib, bəlkə bı odu, yox, əmə Ələsgər deyilən kimi alim təhər bir insandı, axı bu insana da oxşamır. Müşkünaz xanım Nağını içəri qoydu, Ələsgəri yox. Nağı ayağın çıxardıb, döşəyin üstə bardaş qurdu. Müşkünaz xanım dedi:
-A Nağı, o kimdi? Adı nədi?
Nağı dedi:
-Adı Solaxqəydi, özü də qoca aşıx, mənim də şəyir-
dimdi.
-De buyursun o da içəri. Ancax qapının ağzııman əyləşsin, paltarın üstə keçməsin.
Ələsgər “buyur” kəlməsin eşidəndə salamsız-kəlamsız düz döşəyin üstə addımladı. Palçığın biri qapının ağzına düşdü ayağından, biri də əyləşdiyi yerə.
Burasın da deyim ki, Ələsgər Nağıya demişdi: “Nağı, mən neyləsəm, sən deyib danışmazsan! Denən qoca aşıxdı, altmış yaşında adamdı, ağlı zayıldı, kərrən-kərrən gəlir, birdən də yaxşı olur”.
Sənə deyim Müşkünazdan, Müşkünaz dedi:
-Nağı, dur bu palçığın birin salax çölə, o birisi isə qoy qalsın, bir duvaxlıx elərik, qalanını da kərpiç kəsdirib, toyux damı tihdirərik.
Bəli, palçığın birin köməhləşib güc-bəla ilə atdılar çölə.
Müşkünaz dedi:
-Nağı, sənin xatrın olmasaydı bu qonağa bir istəkan su da verməzdim, ancax odu ku, əyləşin, sənin xatrına samavar salım, yol gəlmisiniz.
Müşkünaz xanım samovarı saldı. Ələsgər Müşkünazın samavar saldığın görcəyin dedi:
-Bacı, odu da ordan tökürsən, suyu da, bəs onu içmək olarmı?
Müşkünaz eşitçəyin bu sözü dedi:
-Nağı, bu nə qanmaz adamdı.
-Ay qız, dinmə, ağlı kəsəndə yaxşı söz də danışacax.
Müşkünaz əlini atıb bir nimçə düyü götürüb, arıtdamağa başladı. Düyünü görən qoca dedi:
-Bacı, o nədi?
Müşgiınaz xanım dedi:
-Qonax, görmürsənmi, sənə xörək qayırıram, düyüdü.
Qoca dedi:
-Bacı, o qarışqa boyda şeydən də qonağa hörmət olarmı?
Müşkünaz xanım dedi:
-Nağı, bu nə axmaxdı, bunu lıansı meşədən tutub gətirmisən? Avandma da döy, tərsinə də.
Müşkünaz xanım çayı, çörəyi hazırlayıf, qabağa gətirdi.
Qonaxlar başladılar çörək yeməyə. Müşkünaz xanım qocanın adam kimi çörək yediyin görüb təəççübləndi, dedi:
-A Nağı, gör bu qoca necə də adam kimi çörəh yeyir.
Nağı dedi:
-Bacı, bu qocanı çox tənqid eləmə, sənə dedim, ağlı kəsəndə yaxşı söz də danışır.
Bunlar burada qalsmnar, indi sizə kimnən deyim, Məhəmməd bəydən, Aşıq Çəfərullahdan, Aşıq Əsədullahdan.
Aşıq Əsədullah eşitdi ki, Nağı bir aşıx gətirib, özü də tərsinə. Ançax əlində bir sazı var ki, özündən qiymətdidi. Əsədullah dedi:
-Ədə, Cəfər, qızıl, mal, mülk nə qədər alsax, bölərik, əmə saz mənimki di.
Bəyləmən danışıb, aşxama məclis qurdurdular.
Məclis quruldu.
Aşıxlar hamısı gəlib məclisdə əyləşdi. Bu məclisə Qazaxdan İsrafil ağa da öz dəstəsiylə dəvət olunmuşdu. Hamı öz yerində əyləşdi, Məhəmməd bəy dedi:
-Gedin, Nağıya deyin şəyirdini də götürüb gəlsin.
Qasid gəlib xəbəri Nağıya yetirdi.
Nağı qocaya dedi:
-Qoca, dur gedək!
Müşkünaz xanım dedi:
-A Nağı, bu qojuyu hara aparırsan? Qoy bu uşaxları saxlasın biz gedək.
Nağı:
-Yox, Müşkünaz, bu mənim şəyirdimdi, bunsuz mən məclisə getmərəm,-deyə, qocanı da götürüb məclisə gəldi. Hamı Nağıya yol görsətdi. Qocam isə “çölə qovun” işarəsi elədilər.
Qocanı görən kimi, İsrafil ağa yaxınlaşıb, yavaşca dedi:
-Qardaşım, xoş gördük!
Qoca dedi:
-Qardaş, üstünü vurma. Məsələ ayrıdı. İsrafil ağa arif adamıydı, tez başa düşüb, üstünü vurmadı. İsrafil ağa öz yerində əyləşib, qəlyanı doldurdu, çəkməyə başladı. Qoca isə heç salam da verməyib, düz başa keşdi. Bəyin birin otərəfə itələdi, birin bu tərəfə dirsəyilə, aralarında oturdu.
Qəzəblənmiş bəy tez tapançaya əl atdı, israfil ağa bəyin əlin tutub dedi:
-Bu pis olsa, qanmaz olsa, nə xərci olsa, mənim boynuma. Mənə bağışlayın, vurmayın!
Bundan sonra hamı öz yerində əyləşdi. Ancax Aşıq Cə- fərullah əyləşmədi, sazın alıb, meydana girdi, İsrafil ağa dedi:
-Məhəmməd bəy, bu nə işdi, məclis bir cür görünür.
Məhəmməd bəy işarə elədi Aşıq Əsədullaha ki, di cavab ver.
Əsədullah dedi:
-Heç bir şey, bu Nağıynan Aşıq Cəfərullahın bi az çəkilməmiş yarması var, çəkib qurtarsınlar, sonra söhbət elərik.
Nağıya dedilər:
-Ay abırsız, səni bağlayıb, özünün də sazını almışıq, özün nə bilirdin ki, indi də gedib bu qanmazı gətirmisən, hələ bir bəyi xərcə saldığın da bəs deyil?!
Solaxqəy dilləndi:
-Ustalar, siz deyişirsiniz, ya döyüşürsünüz?
Cəfərullah dedi:
-Yox, deyişirik,
Solaxqəy dedi:
-Onda gəlin deyişək, əmə deyin görək nə təhər deyişək.
Cəfərullah dedi:
-Elə söz deyək ki, “Ay nədən oldu” olsun. Ozü də kim bağlasa, ustasıynan da deyişəcək.
Sazlar, köynəhdən çıxdı. Birinci söz çatdı Aşıq Cəfərullaha. Aldı Cəfərullah görəh nə dedi:

Əzəldən can deyib, can eşidən yar,
indi beybafalıx ay nədən oldu?
Deyirdin ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?

Solaxqəy dedi:
-Oğul, bir kəs ki, bağ becərə, zəhmətini cəkə, saxlaya, meyvənin yetişən vədəsi ola, bağbandan ixtiyarsız bar qopardasan, bə bağ sahibi deməzmi mənim barımı niyə qopardırsan? Yəni bu söz sənin döy, özgənin sözün öz adma niyə deyirsən?
Aşıq Ələsgər bunu deyib, aldı görəh necə cavab verdi:

Yerin, göyün, ərşin, kiirşün, asmanın
Günhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seçdi,
Hikmətin dəryası ay nədən oldu?

Hamı bir ağızdan dedi:
-Əyə, bu nə mərifətli qoca imiş...
Müşkünaz xanım da öz-özünə dedi:
-Ə, mən bilsəydim, onun ayaqların təmizlərdim. Müşkünaz xanım öz hərəkətlərindən xəcalət çəkdi. Qoca dedi:
-Oğul, bu sözdən varındımı? Gənə de gəlsin.
Aldı Cəfərullah:

Başına döndüyüm şahın bajanı,
Şahın tövləsinə yol budu, tanı.
Deyirdin həftiyə olaram qanı,
Həftən ilə döndü, ay nədən oldu?

Cəfərullah əlavə elədi:
-Qoca, adın nədi? Indiyətən soruşmamışam.
-Oğul, adım Solaxqəydi. Ancaq qulaq as, sözünün cavabın verim, sonra bilərsən.
Aldı Ələsgər:
Neçə sütun, neçə qəndil vuruldu?
Sən kimsən, mən kiməm, kimdən soruldu? Elmin müəmması harda duruldu,
Ustadlar ustadı ay nədən oldu?
Aldı Cəfərullah:

Gözəl şahım bizi saldı bir saya,
Rəhm elə sən mənim tək beyııəvaya,
Abbas deyər, sirr qaldım xudaya,
Pərim bir bəşərdi, ay nədən oldu?

Ələsgər dedi:
-Oğul, o sözü Abbas açmayıb, bə mən necə açım?
Aşıq Cəfərullah dedi:
-Abbas mənəm, söz də mənimdi. Elə biz də bunu gəzirdik, aça bilmədin, sazı qoy yerə!
Qoca dedi:
-Oğul, sən ki, alimsən, qulaq as deyim.

Bir qoca aşığam, intizarım var,
Alim sənsən, məni eylə xəbərdar,
Elmi hardan tapdı cümlə aşıqlar,
Şeir müəmması ay nədən oldu?

Aşıq Cəfərullahla Aşıq Əsədullah belə qərara gəldilər ki, göyçəli Aşıq Ələsgərin bağlı bəndini bu qocaya desinlər. Bəlkə onunla bu qocanı bağlıya bilsinlər.
Usta Əsədullah dedi:
-Cəfərullah, götür o sözü de!
Aldı Cəfərullah:

Altı gündə dünya neçə don geydi,
Nə üstə əyləşdi bərqərar oldu?
Əzəl kimlər oldu Turun bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?

Solaxqəy dedi:
-Oğul, o söz ki, deyirsən, bə demirsən birdən söz sahibi böyürdən çıxar, onda neynərsən?
Cəfərullah dedi:
-Nəhlət sana şeytan, tərs ki, tərs. Nə tərsinə aşığımış. A qoca, fikrin var bunu da açasan? Sazı bəri ver!
Solaxqəy dedi:
-Qulaq as, oğul!
Aldı Solaxqəy:

Altı gündə dünya iki don geydi,
Gavi-mah üstündə bərqərar oldu.
Haqq özü olubdu Turun bənnası,
Ulduzlar göy üstə yerbəyer oldu.

Aldı Cəfərullah:

De, neçədi müqərrəyin mələyi,
Onların içində hansıdı bəyi?
Nə canlı, nə cansız, ərşin dirəyi
Nə ilə çalındı, mötəbər oldu?

Aldı Solaxqəy:

Onaltıdı müqərrəyin mələyi,
Hümisədi onun içinin bəyi,
Nə canlı, nə cansız, ərşin dirəyi
Salavat çalındı, mötəbər oldu.

Aşıq Cəfərullah:
Ələsgər agahdı etiqadından,
Yer də xəbərdardı göy büsatından,
Haqq ilə peyğəmbər əhvalatından
islamam deyənə nə xəbər oldu?

Solaxqəy dedi:
-Oğul, o sözü Ələsgər açmayıb, mən necə açım, özü də Ələsgər kimdi, onu camaatnaıı tanış eliyə bilərsənmi?
Aşıq Cəfərullah öz ustadı Aşıq Əsədullahı Ələsgər yerinə camaata tanış elədi və dedi:
-Çox bizim başımızı ağrıtma, uzun-gödək danışma, biz bildik sən bunu açan deyilsən, sazı ver bura!
Aldı Solaxqəy, görək bu cavabda necə dedi:
Ələsgər agahdı ehtiqadmdan,
Yerdə xəbər verər göy büsatından,
Tut oruc, qıl namaz, ibadətindən islamam deyənə bu xəbər oldu.
Aşıq Cəfərullah sazı ortaya qoyub əyləşdi. Müşkünaz xanım dedi:
-Bu qoca döyülmüş ha... Çox ola qırx yaşı ancaq olarmış. Bilseydim belədi, mən bu aşığa başqa cür hörmət elərdim.
Müşkünaz xanım öz yerində corab bəzəməkdə olsun, aldı görəh ustadlar ustadı Aşıq Əsədullah Solaxqəyə nə dedi: Əsədullah:

Solaxqəy aşıqsan, az düşünürsən,
Qeyli-qallı bir bazara düşərsən,
Altmış yaşda təzə şəyird olmusan,
Çovğuna, borana, qara düşərsən!

Aldı Solaxqəy:

Məğrurluq eləyib, ustadam demə,
Bir gün olar sən də dara düşərsən,
Baş tiilək deyilsən, çolpa balasan,
Sürbədən ayrılıb, tora düşərsən.

Aldı Əsədullah:

Nabələdsən aşıxlığıh işinə,
Dözəmməzsən mən tək nər savaşma,
Yönünü salaram dağlar başına,
Vəzifəndən tez kənara düşərsən!

Aldı Solaxqəy:

Alcaxda əyləşib, dırmaşma başa,
Tülküsən, aslanla girmə savaşa,
Gəl yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən!

Aldı Əsədullah:

Əsədullahla sən girmə meydana,
Mərd iyidi gərək tək doğsun ana,
Şagirdli, ustalı sallam zindana,
Gözü yolda intizara düşərsən!

Aldı Solaxqəy:

Sən çəkmə Nağının işvə-nazını,
Zimistana döndərərəm yazını,
Soyaram libasın, allam sazını,
Yal, quyruğu qırxıx, yola düşərsən!

Əsədullah söz tapmayıb, sazı yerə qoydu.
Solaxqəy dedi:
-Oğul, deyirdin Ələsgər mənəm, indi qulaq as, gör Ələsgər kimdi?
Aldı Solaxqəy:

Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Alar caynağına, səni dağıdı,
Göydən yerə parça-para düşərsən!

Xalq, hamı Ələsgəri tanıyandan sonra, xələt xələt üstündən töküldü. Aşıq Ələsgər dönüb baxanda gözləri Müşkünaz xanımı gördü. Aldı, Müşkünaz xanımın tərifini görək necə dedi:

Səhər vaxtı mah camalın görəndə
Xəstə könlüm gəldi saza, Müşkünaz!
Sona tək silkinib göldən çıxanda
Bənzəyərsən quba, qaza, Müşkünaz!

Könül gördü, ürək dərdü vərəmli,
Səni gördüm səxavətli, kərəmli,
Bir mirzə lazımdı əli qələmli,
Mən deyəm, vəsvini yaza, Müşkünaz!

Hər tərəfin bənövşəli bağ olsun,
Həmişə yediyin bal, qaymaq olsun,
Sağ-solunda qardaşların sağ olsun!
Corabları yaxşı bəzə, Müşkünaz!

Ötkün sözüm, kəskin bəxtim olaydı,
Ağ otaxda zərri taxtım olaydı,
Ələsgərəm cavan vaxtım olaydı,
Qəddim, əyib qədri-qəza, Müşkünaz!

Bununla söz tamam oldu. Ələsgər Əsədullahnan Cəfərul- lahın sazını alıb, Müşkünaz xanımın peçinə odunlux verdi.