Aşıq Əsəd və əmisi Kəlba Əhməd
Aşıq Əsəd və əmisi Kəlba Əhməd Müəllif: Aşıq Əsəd Eyvazalı |
Aşıq Əsəd Eyvazalının əmisi Kəlba Əhməd qocalmışdı. Əmisinin son istəyini yerinə gətirmək üçün ona yaxınlaşaraq soruşdu: - Əmi son bir istəyin varmı? Kəlba Əhməd: - Qardaş oğlu, canım yaman qarpız istəyir. Aşıq Əsəd saz məclislərində iştirak etmək üçün dağlar, təpələr aşar, ucqar kəndləri gəzərdi. Tanımadığı yer yox idi. Fəqət bilirdi ki, yaz ayında qarpız tapmaq müşkil bir işdi. Bunu bilsədə əmisinin son istəyini mütləq yerinə gətirməli idi. Aşıq Əsəd şərura doğru yola çıxdı. Az getdi, uz getdi, dərə-təpədüz getdi. Gəlib çıxdı Şərura. Bu dəmdə Şərur bazarında alver qızışmışdı. Bazarda qarpızdan başqa hər şey vardı. Aşıq Əsəd kimə qarpız soruşdusa, cavabında məyyus qaldı. Axırda bir nəfər ona qarpızın bu vaxt ancaq bir nəfərdə ola biləcəyini dedi. Bunu eşidən Aşıq Əsəd həmən adamın evinə gələrək istəyini bildirdi. Ev sahibi yaxşıinsana bənzəyirdi. Görünür ki, onun samanlıqda saxladığı qarpız məhz bu gün üçün imiş. Aşıq Əsəd qarpızıalıb, ev sahibinə dərin minnətdarlığını bildirərək yola düşdü.
Hava qaralırdı. Göy üzündəki qara buludlar sıxlaşaraq havanı vahiməli bir görüntüyə salırdı. Piyada şərura gedib və qarpız ilə piyada dönən Aşıq Əsəd bir də anidən başlayan şiddətli dolu dolu yağan yağışa məruz qaldı. Hələ bu azmış kimi qaranlıq havada, palçıq yolda yerimək çətinləşirdi. Şərurdan dəvəyolu iləgələn Aşıq Əsəd nəhayət ki bir mağaraya rast gəldi. Qaranlıq mağaraya girərək qarpızları bir kənara qoydu.
Daha yeni dərindən nəfəs alıb dincəlmək istəyərkən, bu zaman mağaranın küncündəiki parıldayan gözün ona baxdığınıgördü. Bu onu vahiməyə salmadı. Çünki Aşıq Əsəd gecə gündüz dağ kəndlərini gəzərkən çox hadisələrə rastlamış, bu onu alışqanlıq hala salmışdı. Buna görədə hər zaman belində dizinə qədər uzanan bir xənçər gəzdirərdi. Xənçəri çıxardıb dedi: - ay canavaaarr səni filan falan olasan, sən dəyağışdan gizlənibsən?
Əlində xənçər canavara yaxınlaşan Aşıq Əsəd bir da onda gördüki, bir şey künçdən sıçrayaraq kəllə ilə onun qarnına necə vurdusa, Aşıq Əsəd havaya qalxaraq arxası üstə yerə sərildi. Hannan-hana özünə gələn aşıq baxdı gördükü qarşısında bir dağ keçisi dayanıb. Keçinin ayaqlarını bağladıqdan sonra bir çiyninə keçini o biri çiyninə isə qarpız dolu xurcunu salan Aşıq Əsəd piyada yoluna davam etdi. Bir müddət sonra evə çatan aşıq, əmisinin arzusunu yerinə yetirdiyi üçün sevincli idi.
dağları gəzən mənəm,
saz çalan, söz deyən mənəm.
dolu yağdı canavar gəldi,
əhdimi pozammanam.
gözlərimin nuru əmim,
yaşın hara, ölüm hara?
qardaşın oğlu mənəm,
Keçi hara, qarpız hara?