Aşıq Əsədlə Feyzullanın deyişməsi
Aşıq Əsədlə Feyzullanın deyişməsi Müəllif: Aşıq Əsəd Eyvazalı |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Kətdə aşıx məylisi varıydı. Yurdçudan Aşıx Əsəd oxuyurdu. Məylisin axırında camahat xayiş elədi ki, aşıx bu cavan oğlan Feyzulla ilə bir-iki ağız deyişsin. Bınnarın arasında deyişmə oldu:
Aşıx Əsəd:
Səndən xəbər alım, ay cavan oğlan,
Peyğəmbər nə günü taci-sər oldu?
Kimlər yudu, kimlər aldı muyunu,
Nə günü behişdə bərqərar oldu?
Feyzulla:
Al cavabın verim, ay Aşıx Əsəd,
Peyğəmbər cümədə taci-sər oldu.
Salman yudu, Cəbrayıl aldı muyunu,
O gün də behişdə bərqərar oldu.
Aşıx Əsəd:
Nədən hasil oldu Düldülün səngi,
Bəs nəyə bənzəyirdi onun rəngi?
Cənabi Əmirin əvvəlki cəngi,
Əzəl zilfıqarı bəs kimə çaldı?
Feyzulla:
Nurdan hasil oldu Düldülün səngi,
Goy maviyə bənzərdi onun rəngi,
Cənabi Əmirin əvvəlki cəngi,
Əzəl zilfıqarı Əntərə çaldı.
Aşıx Əsəd:
O nədir ki, yaşıllanır allanır?
O nədir ki, göydən yerə sallanır?
O nədir ki, hər nə versən allanır?
O nədir ki, qatarlanıb gedir hey?
Feyzıılla:
O buluddur yaşıllanır, allanır,
O yağışdır göydən yerə sallanır,
O uşaxdır hər nə versən allanır,
O meyitdir qatarlanıb gedir hey.
Sonra Feyzulla Aşıx Əsədə deyir ki, indi də mən bir iki qatar deyim siz açın.
Feyzulla:
Araz qırağı çimdi,
Goynum goynuna himdi,
Sənnən soruşum açıx
Tanrı atası kimdi?
Aşıx Əsəd:
Araz qırağı çimdi,
Goynum goynuna himdi,
Sən göyə nərdivan qoy,
Görüm atası kimdi?
Feyzulla:
İnsan oğlu çaşıbdır,
Vırıb həddin aşıbdır,
De görəli bu daş bura
Neçə ildi düşübdü?
Aşıx Əsəd:
İnsan oğlu çaşıbdır,
Vırıb həddin aşıbdır,
Dediyin bu daş bura '
Yeddi min il düşübdür.
Aşıx Əsəd Feyzullaya əhsən, dedi. Dedi gəl mənə şəyird ol. Feyzulla dedi sağ ol. Məylis xatirinə bir-iki qatar dedim.