Məzmuna keç

Aşıq (Aşıq Abdulla Dərələyəzli)

Vikimənbə saytından
Aşıq
Müəllif: Aşıq Abdulla Dərələyəzli
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.95; ISBN 978-9952-571-42-4

Meydandakı bir uşaqdı, giribsən meydana, aşıq,
Deyirsən, əla iş tutdum, olubsan mərdana, aşıq,
Nə deyim ki, anlayasan, sən gələsən, dona aşıq,
Qansızlığın yayma eb, bu yerdin dörd yana, aşıq!

İşin olmasın uşaqla, nə sözün var, mənə buyur,
Qızışıbsan, göz təpəndə…Düşüb işə çəkə, aşıq.
Vurağan öküzlər kimi, fısıldayıb önə, buyur,
Hirs qaraldar sifətini, verməz xeyir cana, aşıq!

Abdulla deyilən mənəm, tanıdınmı daha məni,
Xəstə yataqda yatırdım, çıxarırsan dağa məni.
Fikrin budu öldürəsən, tez bükəsən ağa məni,
Aşıq odu, dərd anlaya, sənətkarı qana, aşıq!