Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (1)
Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (1) Müəllif: Müəllif:Aşıq Alı - Aşıq Əsmər |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.368-369 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Aşıq Әsmәr:
Kәndini laf edib, “aşığam” demə,
Çox sәn kimisinə al eylәrәm mәn.
Zülümnәn çәkdirrәm mən səni dara,
O әlif qәddini dal eylәrәm mәn.
Aşıq Alı:
Bәyәnmirsәn mәnim kimi aşığı,
Bağlayıb dilini lal eylәrәm mәn.
Sәni sallam bir tükәnmәz odlara,
Yandırıb ataşa kül eylәrәm mәn.
Aşıq Әsmәr:
Mәnnәn sәnә öyüd: can vermә yada,
Çəkdiyin әmәklәr tez gedәr bada,
On sәkkiz şәyirdim - hamı şahzada,
Sәni dә onlara qul eylәrәm mәn.
Aşıq Alı:
Yaxşı-yaman hәr nә desәn qanıram,
Eşqin ataşına mәn dә yanıram.
Mәn mәhәk daşıyam, qәlpi tanıram,
Sәni üç qәpiklik pul eylәrәm mәn.
Aşıq Әsmәr:
Mәn Әsmәrәm, nahax gәlmәz dilimә,
Çarə yoxdu haxdan gələn ölümə,
Sәni minnәm ulusuma, elimә,
Arpa-samanını bol eylәrәm mәn.
Aşıq Alı:
Aşıq Alı deyər: tәvәkküləm pirimә,
Sığınmışam ol Kәrrari-Kәrimә,
Küçükləmiş qancıq kimi hürümə,
Axşam-sabah sәnә yal eylәrәm mәn.